...

Elm və Təhsil naziri “#CodeForFuture” layihəsi barədə danışıb

Cəmiyyət Materials 27 Dekabr 2022 18:28 (UTC +04:00)
Elm və Təhsil naziri “#CodeForFuture” layihəsi barədə danışıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“#CodeForFuture” layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif ali təhsil müəssisələrində ayrı-ayrı təlim şirkətlərinin özəl və dövlət qurumları arasında partnyorluq əsasında baş verir.

Trend xəbər verir ki, bunu bu gün “#CodeForFuture” layihəsinin məzun günündə Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il 2 300 nəfər bu cür təlimlərə cəlb olunub.

“Məsələnin mahiyyəti isə əsasən 3-cü və 4-cü kursda oxuyan tələbələrə əmək bazarında zəruri olan bacarıqlara yiyələnməkləri üçün şərait yaratmaqdır. Bu dərslər proqramdan asılı olaraq 3-4 ay davam edir. Həm ali təhsil müəssisələrimiz, həm də tələbələrimiz tərəfindən bu proqramlara çox böyük maraq var. Eyni zamanda, proqramın məzunları əmək bazarında daha yaxşı iş tapırlar. Proqramı bitirən tələbələrin təxminən 2 ay sonra işə qəbulu üçdə-bir təşkil edir. Düşünürük ki, növbəti illərdə bu sayları artıraq və builki layihə pilot layihə hesab olunur. Müşahidə etdiyimiz müsbət nəticələri nəzərə alaraq daha çox tələbəni və hətta məzun olmuş şəxsləri bu layihələrə cəlb edəcəyik”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti