Bakı. Trend:
Ötən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 80 nəfər bakalavriat, 273 nəfər isə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.