...

AGF təmsilçiləri fəxri ada layiq görülüblər

Cəmiyyət Materials 9 Yanvar 2023 23:06 (UTC +04:00)
AGF təmsilçiləri fəxri ada layiq görülüblər
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 9-da gənclər və idman naziri Fərid Qayıbov nazirliyin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqlər təqdim edib.

Trend xəbər verir ki, Azərbaycan Gimanstika Federasiyasının təmsilçiləri xoreoqraf Kamil Quliyev, bədii gimnastika üzrə məşqçi Vəfa Bəkərova, fotoqraf Valeri Xlızov “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, akrobatika üzrə məşqçi Dürdanə Əhmədova isə “Əməkdar məşqçi” fəxri adı ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti