...

DİN sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi

Cəmiyyət Materials 18 Yanvar 2023 16:52 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib", - deyə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə polisin ünvanına təhqiramiz ifadələr səsləndirən şəxsin görüntüləri yayılıb. Görüntülərdə həmin şəxs saçı kəsilmiş halda əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti