...

Əzələ ağrısı, dartınma

Cəmiyyət Materials 19 Yanvar 2023 11:04 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova İctimai TV-nin “Yaxşı həkim” verilişində “Əzələ ağrısı, dartınma” mövzusunda çıxış edib. Dr.Səidə Kərimovanın çıxışını Sizə təqdim edirik. https://youtu.be/cXaukfbpv8o.

Qeyd edək ki, Dr.Səidə Kərimova pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya, dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki, kəskin patologiyalarının muasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir.

Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Dr.Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.

Qeyd edək ki, 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında təlim keçmiş Dr.Səidə Kərimova əmək fəaliyyətinə 2009-2016-ci illərdə özəl tibb müəssisələrində fizioterapevt-reabilitoloq kimi başlamış və 2016-cı ildən isə Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq çalışır.

Dr.Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, 2007-2008-ci illərdə Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir. 2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova daim öz üzərində çalışır, öz sahəsi üzrə Almaniya, İspaniya, İtaliya, Avstriyada kimi dünyanın bir sıra xarici ölkələrində keçirilən təlimlərdə iştirak edir, tibb elminin yeniliklərini, müasir texnologiyaları və qabaqcıl beynəlxalq təcrübəni xəstəliklərin müayinə və müalicəsində istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti