...

Son sutkada Azərbaycanda 12 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 23 Yanvar 2023 19:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 827 679 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 316 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 295 nəfərdir.

Ölkədə son sutka ərzində 896, hazırkı dövrədək isə 7 472 527 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti