...

Prokurur əlillərin ev təminatına ayrılan vəsaiti mənimsəyən şəxsə 12 il cəza istədi

Cəmiyyət Materials 26 Yanvar 2023 16:40 (UTC +04:00)
Prokurur əlillərin ev təminatına ayrılan vəsaiti mənimsəyən şəxsə 12 il cəza istədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəsaitlərini mənimsəməkdə təqsirləndirilən Tural Alışanlı barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, bu gün Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror T.Alışanlının 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınır.

İttihama görə, nazirlik ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “Tua-TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Aparılmış istintaqla həmçinin, T.Alışanlı ƏƏSMN ilə “Tua-TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə nazirliyə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

T.Alışanlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti