...

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələtdə səyyar qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2023 15:31 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələtdə səyyar qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

27 yanvar 2023-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Ələt qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 130-a yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 14 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti