Bakı. Trend:
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer
təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %
olacaq.
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə
arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.