Bakı. Trend:
Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var.
Trend-in məlumatına görə, bunu bu gün akademik Akif Əlizadə AMEA-nın Rəyasət heyətinin iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, tədrisdə jurnalistika istiqaməti canlanmalıdır.
“Ölkəmizdə demək olar ki, elmi jurnalistika anlayışına sahib çox az insan var. Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var”,- deyə o əlavə edib.