Bakı. Trend:
3 fevral tarixində Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 13-cü Ümumi Yığıncağı keçirilib.
AGF-dən Trend-ə bildiriblər ki, hesabat xarakteri daşıyan tədbirdə AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.
İclasda federasiyanın Baş katibinin 2022-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, paytaxtımızda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı dinlənilib.
Yığıncaqda AGF-nin ötən il üzrə maliyyə hesabatı da təqdim edilib.
Daha sonra gimnastika sahəsində müəyyən nailiyyət və ya
xidmətləri olan şəxslərə xatirə medalları təqdim olunub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Kamilla
Əliyeva, kişi idman gimnastı Nikita Simonov, tamblinq üzrə gimnast
Adil Hacızadə və aerobika gimnastikası üzrə aerodans komandasının
üzvləri – Sənan Mahmudlu, Nigar Mircəlallı, Nəzrin Mustafayeva,
Rauf Hacıyev və Xədicə Quliyeva bürünc medalla təltif
ediliblər.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri – Darya Sorokina, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Güllü Ağalarzadə, fərdi proqramda çıxış edən gimnastlar – Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, məşqçilər Siyana Vasileva və Yevgeniya Vilyayeva, kişi idman gimnastı İvan Tixonov və məşqçisi Eldar Səfərov, aerobika üzrə gimnast Vladimir Dolmatov, akrobatika gimnastikası üzrə qarışıq cütlük proqramında çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli və akrobatika gimnastikası üzrə kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev gümüş medala layiq görülüblər.