...

Qarabağ rəqəmsal geoinformasiya sisteminə minalardan təmizlənmiş ərazilər haqqında məlumatlar daxil edilib

Cəmiyyət Materials 9 Fevral 2023 12:29 (UTC +04:00)
Qarabağ rəqəmsal geoinformasiya sisteminə minalardan təmizlənmiş ərazilər haqqında məlumatlar daxil edilib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ rəqəmsal geoinformasiya sisteminə minalardan təmizlənmiş ərazilər, kənd təsərrüfatı fəaliyyəti üçün yararlı ərazilər və daşınmaz əmlak obyektləri haqqında məlumatlar daxil edilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sistemə həmçinin işğaldan azad edilmiş ərazilərdəki evlər və digər yaşayış, qeyri-yaşayış obyektləri haqqında məlumatlar da inteqrasiya olunur.

"Həmçinin bu sistemdə daşınmaz əmlak obyektlərinin 3D təsviri əks olunub, məlumatların rəqəmsallaşdırılması və inteqrasiyası üzrə işlər davam edir", - o vurğulayıb.

M.Eynullayev bu platformaya 32 dövlət strukturunun məlumatlarının inteqrasiya olunduğunu əlavə edib.

Xəbər lenti

Xəbər lenti