...

Azərbaycanda 21 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 10 Fevral 2023 16:31 (UTC +04:00)
Azərbaycanda 21 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 828 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 944 nəfər müalicə olunaraq sağalıb, 10 098 nəfər vəfat edib, aktiv xəstə sayı 153 nəfərdir.

Ölkədə son sutka ərzində 980, hazırkı dövrədək isə 7 503 034 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti