Bakı. Trend:
Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən Lökbatan yolu, “Cənub Qapısı” yaşayış kompleksi və Zabrat-Kürdəxanı şosesində “Bakı” yaşayış kompleksinin qarşısında nizamlanan piyada keçidləri təşkil edilib.
Agentlikdən Trend-ə daxil olan müraciətdə bildirilir ki, görülən işlər çərçivəsində yeni svetofor obyektləri quraşdırılıb, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib, müvafiq nişan və nişanlanma xətləri təşkil edilib və səkilər, panduslar və gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) inşa edilib.
İşlərin nəticəsi olaraq ərazidə piyadaların təhlükəsizlik səviyyəsi artırılıb. İnşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində piyadaların, həmçinin gözdən əlil şəxslərin rahatlığı və təhlükəsizliyi təmin edilib.
İnşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində piyadaların, həmçinin gözdən əlil şəxslərin rahatlığı və təhlükəsizliyi təmin edilib;
Piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı minimuma endirilib.