...

2011-ci ildən bəri heç bir universitet bir manat da olsa maliyyə almayıb - Mustafa Babanlı

Cəmiyyət Materials 13 Mart 2023 11:54 (UTC +04:00)
2011-ci ildən bəri heç bir universitet bir manat da olsa maliyyə almayıb - Mustafa Babanlı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Ali təhsil haqqında” qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var. 2011-ci ildən heç bir universitet bir manat olsa maliyyə almayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ona görə də bu məsələlərdə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa, universitet özü elmi layihələrə maliyyə ayıra bilsin.

"ADNSU “universitet layihəsi” adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirməsi adı qoya bilməzsiniz. Ona görə də bu məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa universitet özü maliyyə ayıra bilsin” – deyə rektor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti