...

Azərbaycanda təhsil alan əcnəbi tələblərin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Mart 2023 11:08 (UTC +04:00)
Azərbaycanda təhsil alan əcnəbi tələblərin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində dünyanın 110 ölkəsindən 8,9 min nəfərə yaxın əcnəbi tələbə təhsil alır.

Trend-in məlumatına görə,bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Bildirilib ki, tələbələr əsasən Türkiyə,İran, Gürcüstan, İraq, Nigeriya, Suriya,Hindistan,Pakistan və digər ölkələri təmsil edir.

"Əvvəlki illə müqayisədə əcnəbi tələbələrin sayında 20 faiz artım olub. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsis edilən Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 36 ölkədən 40 nəfərin qəbulu aparılıb", - deyə qeyd edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti