...

İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini Azərbaycan Beynəlxalq Maarif məktəbində ödənişsiz təhsil alacaq

Cəmiyyət Materials 15 Mart 2023 20:46 (UTC +04:00)
İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini Azərbaycan Beynəlxalq Maarif məktəbində ödənişsiz təhsil alacaq

Bakı.Trend:

Polşalı turistlə ingilis dilində sərbəst danışığı ilə sosial şəbəkələrdə gündəmdə olan Xınalıq məktəblisi İbrahim Zeynalov Bakıdakı Türkiyə Beynəlxalq Maarif məktəbində ödənişsiz təhsil haqqında təklif alıb.

Bu barədə Trend-ə İbrahimin atası Bəhmən Zeynalov məlumat verib. B.Zeynalov onu da qeyd edib ki, İbrahim təklifi müsbət qarşılayıb.

Qeyd edək ki, MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə 13 yaşlı İ.Zeynalovu Böyük Britaniyaya oxumağa göndərəcək.

Xatırladaq ki, İ.Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti