...

Azərbaycanda 22 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Cəmiyyət Materials 27 Mart 2023 16:32 (UTC +04:00)
Azərbaycanda 22 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, 10 171 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.

Ölkədə son sutka ərzində 682, hazırkı dövrədək isə 7 553 691 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti