...

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlanıb

Cəmiyyət Materials 28 Mart 2023 20:46 (UTC +04:00)
Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,0 dəfə artaraq 2,8 min nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1098,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2 faiz artıb.

Yüklərin 57,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 1591,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1316,2 min tonunu və ya 82,7 faizini tranzit yüklər təşkil edib. 2023-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 60,2 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti