...

Təhlükəli xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır - Yeganə Abbasova

Cəmiyyət Materials 29 Mart 2023 15:12 (UTC +04:00)
Təhlükəli xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır - Yeganə Abbasova
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı nazirliyini Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, həmçinin, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi qadağandır.

“18 yaşına çatmayan şəxsdən valideynlərinin razılığı ilə yalnız sümük iliyi və kök hüceyrələrin götürülməsinə icazə verilir. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır”.

Bundan əlavə, Y.Abbasova bildirib ki, meyit donor-orqanları transplantasiya məqsədilə götürülən, bioloji ölüm və ya beyin ölümü keçirmiş 1 yaşına çatmış şəxs, canlı donor isə öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti