...

Azərbaycanda 97 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 29 Mart 2023 16:31 (UTC +04:00)
Azərbaycanda 97 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 117 nəfər müalicə olunaraq sağalıb, 10 178 nəfər vəfat edib, aktiv xəstə sayı 296 nəfərdir.

Ölkədə son sutka ərzində 1 432, hazırkı dövrədək isə 7 556 844 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti