...

ADU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2023 17:19 (UTC +04:00)
ADU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Martın 31-də Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı Fərmanı və onun Azərbaycan tarix elminə verdiyi töhfə" mövzusunda elmi-praktik seminar keçirilib.

Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla seminarın əhəmiyyətindən söz açıb. Bildirilib ki, məhz ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlanılıb:

“Hər birimiz bu günün mahiyyətini, əhəmiyyətini yaxşı bilməliyik. Azərbaycanlı olmaq əqidəsi hər bir azərbaycanlının canında o qədər möhkəm əks olunub ki, buna dözməyən mənfur düşmənlərimiz bizə qarşı hər zaman xain münasibətlərini göstərib. Zaman-zaman bu xain münasibətlər yaddan çıxarılmağa çalışılıb, ancaq bu xain münasibəti biz heç vaxt unutmamalıyıq. Biz bu xain münasibətə ləyaqətlə cavab vermişik. Ən böyük cavabı isə 44 günlük Vətən Müharibəsində verdik. Bu cavab bizim bir xalq kimi nə qədər ləyaqətli və ədalətli xalq olduğumuzu göstərdi”.

YAP İdarə Heyətinin üzvü, millət vəkili, professor Anar İsgəndərov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məruzə ilə çıxış edib. Söylənilib ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu və 1920-ci il martın 31-i milli matəm günü kimi qeyd olunub:

“Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqətlərinin, o cümlədən soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib”.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir.

Tədbir müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti