...

Vəkillərin bir-biri ilə problemini ictimailəşdirməsi düzgün deyil - Anar Bağırov

Cəmiyyət Materials 11 Aprel 2023 10:37 (UTC +04:00)
Vəkillərin bir-biri ilə problemini ictimailəşdirməsi düzgün deyil - Anar Bağırov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vəkillərin bir-biri ilə problemini ictimailəşdirməsi düzgün deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bu gün vəkillərin andiçmə mərasimində deyib.

O bildirib ki, bir vəkilin digər bir həmkarını ictimai müzakirəyə çıxarması xoş hal deyil: "Hansısa məsələni, yaxud problemi müzakirəyə çıxaranda etik kodeksi gözləmək lazımdır. Hesab edirəm ki, əgər problem varsa, biz bunu kollegiya daxilində və öz iclaslarımızda müzakirə, yaxud həll edə bilərik".

Vəkilin peşə nüfuzunu qazanması çox çətin məsələdir. Bu baxımdan vəkilliyin gələcək reputasiyası hər birimizdən asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti