...

Azərbaycanda bir neçə vəkil barəsində intizam icraatı başlanıb

Cəmiyyət Materials 11 Aprel 2023 11:13 (UTC +04:00)
Azərbaycanda bir neçə vəkil barəsində intizam icraatı başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda formal vəkilliklə məşğul olan bir neçə vəkil barəsində intizam icraatı başlanıb.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, vəkillik sahəsindəki problemlər qalmaqdadır: "Hazırda ən böyük problem formal vəkillik problemidir. Biz formal vəkillik problemi ilə mübarizə aparırıq. Bununla bağlı bir neçə vəkil barədə intizam icraatı başlanılıb. Artıq intizam tənbehinə cəlb olunan vəkillər də var".

A.Bağırov qeyd edib ki, formallıq heç bir halda qəbul olunmamalı və sözügedən problemlə bağlı mübarizə genişləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti