...

Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşacaq

Cəmiyyət Materials 15 Aprel 2023 10:05 (UTC +04:00)
Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşacaq

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.

15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti