...

Xaçmazda iki qardaş itkin düşüb

Cəmiyyət Materials 22 Aprel 2023 11:38 (UTC +04:00)
Xaçmazda iki qardaş itkin düşüb

Bakı. Trend:

DİN Xaçmazda itkin düşən iki qardaşın axtarışı barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti