...

Bu alimlərin əməkhaqqıları artacaq - Nazir açıqladı

Cəmiyyət Materials 27 Aprel 2023 15:51 (UTC +04:00)
Bu alimlərin əməkhaqqıları artacaq - Nazir açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayından etibarən əlimizdəki maliyyəni elmi-tədiqiqat institutlarına yönləndirəcəyik.

Trend-in məlumatına görə bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən ”Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanması" mərasimi zamanı deyib.

"Universitetlər üzərindən institutların maliyyələşdirilməsi mexanizminin tətbiqinə başlanılacaq. Bu ilin sentyabrından bu mexanizm tətbiq olunacaq. Hesab edirik ki, bu növbəti illərdə institutların inkişafına və universitetlərin elmi-tədqiqatlarının genişlənməsinə gətirib çıxaracaq. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqı artacaq, əks halda isə sabit qalacaq",- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti