...

DYP avtomobili polisin üzərinə sürən sürücü barədə məlumat yayıb

Cəmiyyət Materials 28 Aprel 2023 10:40 (UTC +04:00)
DYP avtomobili polisin üzərinə sürən sürücü barədə məlumat yayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobili polisin üzərinə sürən sürücü barədə məlumat yayıb.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Trend-ə bildirib ki, bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə ola dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinədə maddi ziyan dəyib.

"Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək.

Təfərrüatları barədə məhkəmənin qərarından sonra ətraflı məlumat təqdim edəcəyik", - A.Əsgərli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti