...

Sabah 25 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 4 May 2023 13:02 (UTC +04:00)
Sabah 25 dərəcəyədək isti olacaq

Bakı. Trend:

Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti