Bakı. Trend:
İlin ilk Ay tutulması başlayıb.
Trend xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.
Tutulma hadisəsi saat 19:14-də başlayıb və saat 23:31-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.
Tutulma hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkündür.
Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.