...

Milli Məclisin təşkilatçılığı ilə yaşıllaşdırma aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2023 15:41 (UTC +04:00)
Milli Məclisin təşkilatçılığı ilə yaşıllaşdırma aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 7-də Milli Məclisin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Yaşıllaşdırma aksiyasında Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri, deputatlar və parlament aparatının kollektivi iştirak ediblər.

Yaşıllaşdırma aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, aksiyada eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti