Bakı. Trend:
Bu ilin sentyabr ayında “Xınalıq və Köç yolu” adlı nominasiya sənədinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınması məsələsinə baxılacaq.
Bu barədə Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
“Xınalıq mədəni landşaftı və Köç yolu" adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq YUNESKO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq”,- deyə o bildirib.
A.Hüseynova həmçinin əlavə edib ki, nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, bu, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb.