Bakı. Trend:
İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı olar.
Trend xəbər verir ki, bu barədə media üçün keçirilən brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Uşaqlar indi daha az məktəbə gedir. 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam. Tədris ilinin çox və uzun olması şagirdlərin gələcəyi üçün yaxşı olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir”, - deyə o əlavə edib.