...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 17 May 2023 13:12 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti