...

Qrup hərəkətləri üzrə komandalar arasında Avropa çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 21 May 2023 22:23 (UTC +04:00)
Qrup hərəkətləri üzrə komandalar arasında Avropa çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Mayın 21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə böyüklərdən ibarət komandalar arasında qrup hərəkətləri üzrə 39-cu Avropa çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, beş halqa ilə proqramda İsrail komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Bolqarıstan komandası ikinci, İtaliya komandası üçüncü yeri tutub.

Üç lent və iki topla kompozisiyaya görə Azərbaycan komandası qızıl, İsrail komandası gümüş, İspaniya komandası isə bürünc medal qazanıb.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Avropa Gimnastikasının Bədii Gimnastika Texniki Komitəsinin üzvü Kristiana Todorova, Avropa Gimnastikasının vitse-prezidenti Tom Tinqvold təqdim ediblər.

“Team Spirit” və “Miss Press” mükafatları da təqdim olunub.“Team Spirit” mükafatı Ukrayna milli komandasına verilib, bu mükafatı Azərbaycan Gimnastika Federasiyasının meneceri Fərhad Əhmədbəyli təqdim edib.

Gimnast Annalize Draqan (Rumıniya) "Miss Press" mükafatının sahibi oldu, mükafatı ona müsabiqənin yerli təşkilat komitəsinin nümayəndəsi Zaur Süleymanov təqdim etdi.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti