...

Taksi sahəsində yeni qanunun qəbuluna uzun müddətdir ki, hazırlıq aparılır - Nazir

Cəmiyyət Materials 12 İyun 2023 13:38 (UTC +04:00)
Taksi sahəsində yeni qanunun qəbuluna uzun müddətdir ki, hazırlıq aparılır - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə taksi sahəsində yeni qanunun qəbul olunmasına aydınlıq gətirilib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb.

“Bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil. Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda bu qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlardan əsası ölkədə ekoloji təmizlik, vətəndaşlarımızn təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”,- deyə nazir bildirib.

Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları, buraxılış kartları, buraxılış vəsiqələri və digər tələblər müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti