...

“Gənclərin Liderlik Akademiyası3” Ümummilli Lider İrsi düşərgəsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2023 12:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Gənclərin Liderlik Akademiyası3” Ümummilli Lider İrsi düşərgəsi yekunlaşıb!

Düşərgə 2023-cü il iyirmi beş – otuz May tarixlərində beş gecə, altı gün ərzində baş tutub.

Bu müddət ərzində gənclər TedX formatında görüşlər, liderlik, komanda quruculuğu, effektiv ünsiyyət vərdişləri və.s mövzular çərçivəsində təlimlərdə iştirak edərək unudulmaz təcrübə qazanıblar.

Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunublar. Hər günün sonunda gənclər üçün həyata keçirilən konsert proqramı isə xüsusi ilə unudulmaz olub

9 May tarixində elan olunan düşərgəyə 750-dən çox gənc müraciət edib. Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin edilib və ümumilikdə 130 gənc iştirak edib.

Xəbər lenti

Xəbər lenti