Bakı. Trend:
Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən mıəlumata görə, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.
Araşdırma aparılır.