...

Gürcüstan parlamenti ölkədə orqan donorluğu haqqında yeni qanun layihəsini nəzərdən keçirir

Cəmiyyət Materials 29 İyun 2023 11:21 (UTC +04:00)
Gürcüstan parlamenti ölkədə orqan donorluğu haqqında yeni qanun layihəsini nəzərdən keçirir

Bakı. Trend:

Gürcüstan parlamenti ölkədə orqan donorluğu haqqında yeni qanun layihəsini nəzərdən keçirir.

Trend xəbər verir ki, Gürcüstan hökuməti deputatlara tamamilə yenilənmiş "İnsan orqanlarının transplantasiyası haqqında" qanun layihəsini təqdim edib.

Qanun layihəsinə dair izahat qeydində bildirilir ki, sözügedən qanun Aİ direktivlərinə uyğun olaraq yenidən işlənib. Layihə müəllifləri ümid edir ki, yeni qanun insan ölümündən sonra donorluqla bağlı bütün problemləri həll edəcək və transplantasiya edilmiş orqanların təhlükəsizliyini qoruyacaq.

Yenilənmiş qanun layihəsi orqan donorluğu üçün yeni prinsipləri, xüsusilə donorluğun könüllü və pulsuz olmasını nəzərdə tutur. Ölümdən sonra donor olmaq istəyən şəxslər donor reyestrində qeydiyyatdan keçə biləcək. Qanuna əsasən yalnız əmək qabiliyyətli və yetkin yaşa çatmış şəxslər donorluğa razılıq verə bilər. Eyni zamanda, orqan ehtiyacı ilə bağlı və transplantasiya əməliyyatlarını həyata keçirən tibb müəssisələrinin reklamı və bununla bağlı hər hansı bir məlumatların yayımlanması qadağandır. Qanun orqanların satışını da açıq şəkildə qadağan edir.

Tibb müəssisələrinə donordan və onun ailəsindən orqan donorluğu və mühafizəsi ilə bağlı xərclərin qarşılanmasını tələb etmək qadağan ediləcək. Bununla belə orqan donorluğuna yalnız xəstə üçün ən yaxşı müalicə üsulu olduğunu təsdiqləyən tibbi əsaslandırma olduqda icazə veriləcək.

Yeni qaydalara əsasən, orqan transplantasiyasını gözləyən şəxslər orqanlara giriş əldə etmək üçün pulsuz növbəyə durmalıdırlar. Gözləmə siyahısında olan digər xəstələrlə sıranın dəyişdirilməsi qadağandır.

Ölən şəxslərin orqanları tibbi meyarlara və beynəlxalq standartlara uyğun olaraq yalnız transplantasiya gözləyən xəstələrə paylanacaq. Ölkələr arasında beynəlxalq razılaşma olmadan orqanların xaricə ixracı qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti