...

Bakıda keçirilən konfransın nəticələrinə əsasən UNESCO maliyyə fondu yaradır - Qabriela Ramos

Cəmiyyət Materials 29 İyun 2023 19:22 (UTC +04:00)
Bakıda keçirilən konfransın nəticələrinə əsasən UNESCO maliyyə fondu yaradır - Qabriela Ramos

Bakı. Trend:

Bakıda keçirilən MINEPS VII konfransının nəticələri gözləntiləri üstələyib.

Trend-in məlumatına görə, bu barədə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bədən Tərbiyəsi və İdman Nazirlərinin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində media nümayəndələrinə bildirib.

"Biz Azərbaycana böyük ümidlərlə gəldik, konfransın nəticələri bu gözləntiləri üstələdi. Biz birlikdə çalıçaraq "Fit for Life" ittifaqını yaratdıq", - deyə Q.Ramos qeyd edib.

Onun sözlərinə görə, fond yaradılacaq və bu maliyyə dəstəyi sayəsində UNESCO konfrans zamanı əldə olunmuş razılaşmaları həyata keçirməyə hazır olacaq.

Xatıradaq ki, iyunun 26-29-da Bakıda 120-dən çox ölkədən 50-dən çox nazir və rəsmi şəxsin, eləcə də 540-dan çox nümayəndənin iştirak etdiyi Bədən Tərbiyəsi və İdman Nazirlərinin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti