...

Azərbaycanda məhkəmələrin işi daim təkmilləşdirilir - Fikrət Məmmədov

Cəmiyyət Materials 4 İyul 2023 11:30 (UTC +04:00)
Azərbaycanda məhkəmələrin işi daim təkmilləşdirilir - Fikrət Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məhkəmələrin işi daim təkmilləşdirilir.

Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Konstitusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə böyük tövhə verir. "Qanunun alili və insanların hüquqlarını qorunması ilə bağlı çağırışlara Konstusiya Məhkəməsi səs verir. Konstusiya Məhkəməsi müasir standartlara uyğun aparılan hüquqi islahatlarda fəal iştirak edir. Konstusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə böyük tövhə verir və məhkəmə hakimiyyətinin müstəqil özünüidarəetmə orqanı olan Məhkəmə-Hüquq Şurasında təmsil olunur".

Nazir bildirib ki, hazırda özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı azad edib: “Bununla da tarixi ədalət bərpa olunub. Həmin ərazilərdə Konstusiyamızın hüquqi qüvvəsi bərpa edilib. Artıq azad edilən ərazilərimzdə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın faəl iştirakı ilə sürətli yenidənqurma və bərpa işləri aparılır”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti