...

Bu il Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlanıb

Cəmiyyət Materials 5 İyul 2023 17:44 (UTC +04:00)
Bu il Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 742,8 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 50,5 milyon ton yük, 647,4 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,0 faiz və 19,8 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 4,3 faiz, sərnişin dövriyyəsi isə 18,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti