...

Həyat yoldaşını öldürməyə cəhd edən şəxs barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 7 İyul 2023 23:35 (UTC +04:00)
Həyat yoldaşını öldürməyə cəhd edən şəxs barəsində cinayət işi başlanıb

Bakı. Trend:

İyulun 7-i saat 21:30 radələrində Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində həyat yoldaşı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Şəmkir rayon prokurorluğundan Trend-ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti