...

Məktəblərdə niyə direktor tapılmır? - 400 məktəbdə eyni porblem

Cəmiyyət Materials 18 İyul 2023 14:04 (UTC +04:00)
Məktəblərdə niyə direktor tapılmır? - 400 məktəbdə eyni porblem
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin Eşqi Bağırov bildirib ki, hazırda məktəb direktorları üzrə ümumilikdə 400-dən çox vakant yer var.

"Şagird sayı 150-yə qədər olan məktəblər üzrə müsahibələr keçirilib. Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin yeri istəməyib, ehtiyat kadr siyahısındadılar", - deyə o əlavə edib.

Göründüyü kimi, kifayət qədər çox sayda məktəbdə direktor çatışmazlığı problemi yaşanır. Bu vəziyyətin yaranmasına bir çox səbəb göstərilir məktəbin yaşayış ünvanından uzaqlığı, maaş və s.

Bəs bu problemin əsl səbəbi nədir? Məktəb idarəçiliyində yaranan bu boşluğun qarşısı necə alına bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Elm və Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi qaydaları 6 ildir ki, yeni formatda həyata keçirilir.

"Tətbiq edilən yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir.. 4 mərhələdən ibarət olan müsabiqəni uğurla keçənlər sonda bu vəzifəyə təyin olunurlar.

Xatırladım ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilmək hüququ verilib.
Bundan başqa əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər", - deyə o bildiri

K. Əsədov vurğulayıb ki, bütün bunlara baxmayaraq hələdə istər Bakıda, istərsədə regionlarda bütün mərhələləri keçib ehtiyatda qalan, təyin olunmayan kifayət qədər namizəd var.

Bu o deməkdir ki, hal-hazırda yüzlərlə məktəb əvəzedici şəxslər tərəfindən idarə olunur ki, bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Belə ki, o vəzifədə daimiləşməyəcəyini bilən əvəzedici direktor tam şəkildə, yüksək səviyyədə vəzifəsini yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil. Qanunvericiliyin tələblərinə görə əvəzedici qaydada bu vəzifələr yalnız 6 aya qədər tutula bilər.

Hələ də müsabiqə və müsahibədən uğurla keçənlərin təyin olunmaması direktorların təyinatı sahəsindəki şəffaflığı şübhə altına alır - deyə ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti