Bakı. Trend:
Bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Heydər Əliyev İli” çərçivəsində Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluq tərəfindən təşkil edilən tədbirdə deyib.
K.Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Baş Prokuror milli mətbuatın inkişafında əməyi olanları təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.