...

Vətən müharibəsində yaralanmış 4000-dək hərbçiyə əlillik təyin edilib

Cəmiyyət Materials 26 İyul 2023 11:41 (UTC +04:00)
Vətən müharibəsində yaralanmış 4000-dək hərbçiyə əlillik təyin edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək hərbi qulluqçuya əlillik təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk mərhələdə həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, müvafiq hərbi həkim komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi həyata keçirilir.

Artıq ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış 3967 analoji kateqoriyadan olan hərbi qulluqçuya müvafiq əlillik təyin olunub.

Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti