...

Aniş Qiri üzərində qələbə mənim üçün əlavə motivasiya olacaq - Nicat Abasov

Cəmiyyət Materials 7 Avqust 2023 23:29 (UTC +04:00)
Aniş Qiri üzərində qələbə mənim üçün əlavə motivasiya olacaq - Nicat Abasov
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şahmatçı Aniş Qiri (Niderland) üzərində qələbə çox güman ki, mənim üçün əlavə motivasiya olacaq.

Bu barədə Trend-ə Azərbaycan şahmatçısı, Bakıda keçirilən Dünya Kubokunun iştirakçısı Nicat Abasov deyib.

Xatırladaq ki, bu gün Nicat Abasov tay-brekdə Aniş Qiriyə qalib gələrək dördüncü tura (kişilər arasında dünya çempionatının 1/16 finalı) çıxıb. Abasovun dördüncü raunddakı rəqibi Peter Svidler (FİDE) olacaq. Bu turun ilk partiyası avqustun 9-da keçiriləcək.

Nicat Abasov əlavə edib ki, bu gün çox həyəcanlı gün olub.

"Bakıda dünya çempionatının təşkili yüksək səviyyədədir, hər şey yaxşı gedir, oynamaq xoşdur. İndi bütün diqqətimi növbəti mərhələyə yönəldəcəm”, - deyə azərbaycanlı şahmatçı bildirib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FIDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti