...

Ağsu dolaylarında turistləri daşıyan avtobus qəzaya uğradı (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 8 Avqust 2023 14:45 (UTC +04:00)
Ağsu dolaylarında turistləri daşıyan avtobus qəzaya uğradı (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə girib:

"Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir".

Faktla bağlı araşdırma aparılır.

xxx

13:41

Bu gün günorta saatlarında Ağsu dolaylarında qəza baş verib.

Trend xəbər verir ki, içərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman yolun hərəkət hissəsindən çıxan avtobus yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım avtomobili gələrək yaralılara yardım göstərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti