...

Hər il dəyişən məktəbli forması və qiymətlər – Valideynləri narazı salan VƏZİYYƏT

Cəmiyyət Materials 8 Avqust 2023 15:04 (UTC +04:00)
Hər il dəyişən məktəbli forması və qiymətlər – Valideynləri narazı salan VƏZİYYƏT
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq bu ildən bütün məktəblərdə vahid məktəbli forması tətbiq olunacaq. Lakin məktəbli formasının sıxlıqla dəyişdirilməsi valideynlər arasında narazılıq yaradır. Hətta valideynlərin böyük qismi maddi cəhətdən bunu qarşılaya bilmirlər.

Elm və təhsil naziri Emin Əmrullayev ötən il çıxışında qeyd edib ki, Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb yoxdur.

"Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb diektorunun haqqı yoxdur ki, forma tələb etsin", - deyə nazir əlavə edib.

Reallıq isə ondan ibarətdir ki, nazirlik məktəbli forması vacib deyil desə də, məktəb direktorları valideynlərdən bunu tələb edirlər.

Bəs hər il yaşanan bu problem nə zaman həllini tapacaq?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub.

Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib.

Amma bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasında istifadə etməlidir. Hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib təklif edilən 4-5 layihədən istədikləri dizaynda forma müəyyən edə bilərlər. Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur. Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz.

Rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar var. Bu da hava şəraiti ilə bağlıdır. Belə ki, valideyinlər soyuq havalarda məktəbli formaları nazik olduğu üçün uşaqlar üşüyürlər, onlara soyuq olur. Ona görə də daha çox qış aylarında bu hal baş verir.
Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz - deyə o qeyd edib.

Xatırladaq ki, "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Trend-in suallarını cavablandırarkən qeyd edib ki, 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Vaxt az olduğu üçün yuxarı siniflər üçün hazırlanmayıb. Artıq yeni tədris ili üçün yuxarı siniflər də yeni məktəbli formalarından istifadə edə biləcək.

"Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manat olacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti