...

Bakıda daha bir küçədə avtobus zolağı təşkil edildi (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2023 17:28 (UTC +04:00)
Bakıda daha bir küçədə avtobus zolağı təşkil edildi (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir küçədə xüsusi avtobus zolağı təşkil edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Zivər bəy Əhmədbəyov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.

"Küçədən gün ərzində ümumilikdə 7 müntəzəm marşrut xətti üzrə 110-a yaxın avtobus keçir ki, zolağın tələbinə əməl etməklə 90.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradılacaq", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti